Sunak Rusiyanı silah ehtiyatlarını artırmaq imkanından məhrum etməyə çağırıb

12:37 20.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Ukrayna getdikcə daha çox hərbi yardım almalı, Rusiya isə yenidən qruplaşmaq qabiliyyətini itirməlidir. “Washington Examiner” xəbər verir ki, belə bir çağırışla Şimali Avropa ölkələrinin liderlərinin sammitində baş nazir Rişi Sunak çıxış edib.

“Bu, Rusiyanın silahların tədarük zəncirlərini izləmək zərurəti və beynəlxalq dəstəyin kəsilməsi deməkdir – xüsusən, İranı nəzərdə tuturam ki, bunu çox qətiyyətlə bildirməliyik” nazir bildirib.
Bundan əvvəl Sunak Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının yalnız Moskvanın Ukrayna ərazisindən qoşunlarını çıxarmasından sonra mümkün olacağı fikrini bildirib.

Britaniya hökumətinin başçısı Rusiya tərəfinin atəşkəslə bağlı birtərəfli çağırışının indiki şəraitdə mənasız olacağını deyib. “Rusiya bundan öz qoşunlarını yenidən toplamaq, gücləndirmək üçün istifadə edir və onlar işğal olunmuş əraziləri tərk edənə qədər heç bir real danışıqlar ola bilməz və olmamalıdır.