Süni intellektin cinayətkarlıq məqsədilə istifadəsi prokurorluq orqanlarının qarşısında mürəkkəb çağırışlar qoyur - Prezident

19:59 29.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur.

Hafta.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciətində bildirib.

“Eyni zamanda, dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meylləri hamımızı narahat edir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.