Suraxanıda gənc qızı avtomobil vurub

11:28 05.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Suraxanı rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Günəşli qəsəbəsində qeydə alınıb.

Belə ki, avtomobil yolu keçən 2006-cı il təvəllüdlü Fatimə Zamiq qızı Süleymanovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.