Şuşanın yeni baş planından çox razıyam - Şuşa Mədəniyyət və Turizm İdarəsinin sədri

14:47 02.09.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

İki gün öncə Şuşanın yeni planı təsdiq olundu. O planla tanış olmuşam və bir şuşalı kimi ondan çox razıyam. Allahın köməkliyi ilə Şuşamız tezliklə, Heydər Əliyev Fondunun böyük dəstəyi sayəsində tikilib Şuşa əhalisinin öz evlərinə qayıtmasına şərait yaradacaqdır.

Bu fikirləri hafta.az-a Şuşa Mədəniyyət və Turizm İdarəsinin sədri Zahid Abbasov deyib:

“Aparılan işlər imkan verəcək ki, biz yaxın zamanlarda köçüb Şuşamızda yaşayaq. Siz inandırım ki, çox gözəl layihələrdir. Ümumiyyətlə, Şuşa 1751-ci ildə salınanda xüsusi memarlıq üslubu ilə tikilmişdi. Şuşada bütün məhəllələri, Məşhur memar Səfixan Qarabaği salmışdı. Səfixan Qarabağı əslən Ərdəbildən olub. Şuşaya gedəndə eşidib ki, Pənahxan belə gözəl qala salmaq istəyir, gəlib Şuşaya və o qalanın salınmasına birbaşa  rəhbərlik edib”.