Şuşaya əlavə avtobus reysi açılır

16:10 25.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti Bakıdan Şuşaya əlavə avtobus reysinin açılmasına qərara verib.

 

Bu barədə nazirlikdən hafta.az-a verilən məlumatda bildirilib.

 

Məlumata görə, marşrutların təhlili, həmçinin tələbat və bilet satışı dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq, avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib. Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin açılması qərara alınıb. İyul ayından etibarən sərnişinlər Bakı – Şuşa – Bakı istiqamətində həftənin bütün günləri səfər edəcəklər.

Oxunma sayı 106