Tacikistanda bir gün əvvəl doğulan altı əkiz öldü

11:38 12.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Tacikistanın Xodjent şəhərində doğulan 6 körpə ölüb. Yanvarın 11-də Tacikistanda altı əkiz doğulub - iki oğlan və dörd qız, həkimlər yeni doğulan körpələrin çəkisinin az olmasına baxmayaraq, uşaqların və analarının vəziyyətini qənaətbəxş kimi qiymətləndiriblər. Bu gün bütün altı körpənin ölümü ilə bağlı məlumat daxil olub.

“Uşaqların ölümünün əsas səbəbləri vaxtından əvvəl doğuşlar və körpələrin az çəkisi olub”, - deyə Xucənd rayon Doğum Evinin baş həkimi Nuri Dadobayeva bildirib.

Altı əkizin doğulması ilk dəfə Tacikistanda qeydə alınıb. Həkimlərin sözlərinə görə, ölən körpələrin anası mütəxəssislərin nəzarəti altında stabil vəziyyətdədir.