Əfqanıstanda Qoştəpə kanalının tikintisi layihəsinin ikinci hissəsi 58 faiz tamamlanıb.
Hafta.az-ın yazdığına görə, bu barədə Köştəpə kanalının İnkişafı üzrə Milli Şirkətin nümayəndəsi Səid Zəbihulla Miri məlumat verib.
Hazırda tikintiyə 3500 nəfər və 3000 texnika cəlb olunub. Səid Zəbihullah Miri əlavə edib ki, Qöştəpə kanalı 5 ildən sonra fəaliyyətə başlayacaq.
“Taliban”ın planına görə, kanal Bəlx, Cüzcan və Faryab bölgələrində 500 min hektara yaxın ərazini su ilə təmin etməlidir. Qoştəpə kanalının işə salınması Əfqanıstana orta hesabla illik 500 milyon dollar gəlir gətirəcək”, - Əfqanıstanın su ehtiyatlarının idarə olunması üzrə ekspert Nəcibullah Sədid bildirib.
Mütəxəssislərin fikrincə, Əfqanıstanda tikilməkdə olan Qoştəpə kanalı ümumi drenajdan ildə 10 kubkilometr su alır, xüsusən bu, Amudəryaya da aiddir.
Qoştəpə kanalı layihəsi hazırda Əfqanıstanın şimalında həyata keçirilən ən böyük Amudərya su idarəçiliyi layihələrindən biridir. Kanalın birinci mərhələsi işə salınıb, lakin Mərkəzi Asiya ölkələri bu layihədən narahatdırlar.
“The Economist”in proqnozuna görə, kanal tamamlanarsa, bu, regional münaqişənin artmasına səbəb ola bilər. Kanal Amudərya suyunu Özbəkistanla sərhədə yönəldir. Əfqanıstanın elektrik enerjisinin böyük hissəsini Özbəkistandan idxal etdiyini nəzərə alsaq, Taliban qonşu respublikaya qarşı çıxa bilməyəcək.
“İqlim dəyişikliyi Özbəkistanın suyunun 15 faizini itirməsinə səbəb olur və kanalın tikintisindən sonra daha 10 faiz itirərsə, Özbəkistan suyunun 25 faizini itirə bilər”, – başqa bir proqnozda deyilir.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev bildirib ki, Taliban tərəfindən Qoştəpə kanalının tikintisi Orta Asiyada su rejimi və balansı dəyişəcək. “Taliban” Özbəkistanın Qoştəpə kanalından zərər görməyəcəyinə söz verib.