Taliban rəsmiləri tərəfindən qadınların təhsilinə son qoyulan məhdudiyyətlərdə Əfqanıstanın bəzi əyalətlərində 10 yaşdan yuxarı qızların ibtidai siniflərə getməsinə yasaq qoyulduğu bildirilir.
Hafta.az-ın “BBC Farsca”ya istinadən yazdığına görə, Təhsil Nazirliyinin rəsmiləri Qəzni əyalətindəki məktəblərin və qısamüddətli kursların direktorlarına tapşırıblar ki, "10 yaşından yuxarı heç bir qızın ibtidai məktəblərdə oxumasına icazə verilməsin".
Ötən il Taliban tərəfindən icazə verilən təhsil səviyyəsinin 6-cı sinifində oxuyan bir şagird, 10 yaşından yuxarı qızların məktəbə girməsinin qadağan edildiyini söyləyib.
Xəbərdə deyildiyi kimi, əvvəllər Qadın İşləri Nazirliyi adlanan “Namaz və İrşad Nazirliyi”nə bağlı yerli məmurlar bəzi vilayətlərdə məktəb direktorlarından qızları üçüncü sinifdən sonra evlərinə göndərmələrini istəyiblər.
Xatırladaq ki, Taliban 2021-ci ilin sentyabrında qızların orta təhsil almasını yasaqlayıb və liseylərin yalnız oğlanlar üçün açılmasını əmr edib. Ötən dekabr ayında isə minlərlə qızın universitet təhsilini qeyri-müəyyən müddətə qadağan edən Taliban qadınların kollec və universitetdə oxumasına məhdudiyyətlər qoyaraq ağır zərbə vurub.
Radikal islamçı rejim dünyada yeganə hökumətdir ki, əhalisinin az qala yarısına orta təhsil almağı yasaqlayıb.