Tankerlə yükdaşımaların qiyməti kəskin artdı

09:28 10.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada neft ixracının artması tankerlərin daşıma xərclərini də xeyli artırıb. Rusiya mətbuatının məlumatına görə, Novorossiysk limanında tankerlə yükdaşımaların qiymətləri 10-27,2 faiz artıb.

Hafta.az-ın yazdığına görə, Novorossiyskdən Türkiyəyə gedən 100 min tonluq “Aframaz” tankerlərinin qiyməti iyunda 20,6 faiz artaraq barrel üçün 2,8 dollara çatıb. Bu qiymət Çinin şimalında 27,7 faiz artaraq 10,2 dollara, Hindistanın şərqində 10 faiz artaraq 6,5 dollara, Hindistanın qərbində isə 3,1 faiz artaraq 6 dollara yüksəlib.

Mütəxəssislər Rusiyanın neft ixracının artması və Çin istehlakçılarının neftə tələbatının tankerlərin qiymətlərini artırdığına diqqət çəkirlər.