Tayvan lideri 1949-cu ildən bəri ilk dəfə kommunist Çinə səfər edir

18:21 27.03.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Tayvanın keçmiş prezidenti Ma Ying-jeou 1949-cu ildə kommunist Çin Xalq Respublikasının qurulmasından sonra materik Çinə səfər edən ilk Tayvanın keçmiş və indiki lideri olub. Bu barədə Reuters xəbər verir.

2008-2016-cı illərdə ada dövlətinin prezidenti vəzifəsində çalışmış və Tayvanın əsas müxalifət partiyası olan Kuomintang partiyasının yüksək səviyyəli üzvü olan siyasətçi tələbələrlə söhbət edəcəyi və ziyarət edəcəyi Çinə səfər etməkdən çox xoşbəxt olduğunu söyləyib.

"Mən də Tayvan universitetlərindən tələbələri mübadilə proqramlarında iştirak etmək üçün materikə göndərirəm" deyən Ma, bu cür addımların iki ölkə arasında boğazlararası əlaqələri yaxşılaşdıracağını əlavə edib.

Bundan əvvəl Çin sədri Si Tsinpin Ümumçin Xalq Nümayəndələri Konqresinin birinci sessiyasının bağlanış mərasimində bildirib ki, Çin Tayvanla birləşmə prosesini davamlı şəkildə irəli aparmaq niyyətindədir. “Vətənin birləşdirilməsi prosesini davamlı şəkildə irəliləmək lazımdır” deyib.

Oxunma sayı 96