TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

16:33 19.04.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP) Bakıda keçiriləcək 29-cu Sessiyasından sonra Türk Dövlətləri Təşkilatının (TDT) diplomatiya akademiyalarının toplantısı nəzərdə tutulur.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov komitənin aprelin 19-da keçirilən iclasında deyib.

Türk dövlətləri arasında əlaqələrin getdikcə intensiv xarakter aldığını vurğulayan S.Seyidov əlavə edib: “Hazırda Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın xətti ilə iqtisadiyyat və mədəniyyət komitələrinin toplantısı keçirilir. Təbii ki, bu, təsadüfi deyil. May ayında isə Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktayın və TBMM-in Milli müdafiə komissiyasının sədri Hulusi Akarın təşəbbüsü ilə Türkiyə Böyük Millət Məclisində TDT-yə üzv ölkələrin parlamentlərinin müdafiə komitələrinin iştirakı ilə konfrans keçiriləcək. İyun ayının əvvəlində üzv ölkələrin parlament sədrlərinin Bakıda toplantısı planlaşdırılır.

Gələn həftə TDT-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının da nəzərdə tutulduğunu diqqətə çatdıran komitə sədri cari ilin iyul ayında Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitinin təşkilini mühüm hadisə kimi dəyərləndirib.

Oxunma sayı 26