TƏBİB Şəkidəki zəhərlənmə ilə bağlı məlumat yayıb

16:07 23.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki rayonunun Qudula kənd orta məktəbində baş verən zəhərlənmə ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub, dərhal həkim briqadaları cəlb edilib.

 

Bu barədə hafta.az-a TƏBİB-dən bildirib.

 

Qeyd edilib ki, 27 (20 qadın, 7 kişi) nəfər TƏBİB-in tabeliyindəki Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Hazırda tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində onlara zəruri tibbi xidmət göstərilir.