“Təbəsüm Yarat” bu dəfə Gülvar və Zeyvə məktəblilərini sevindirdi - FOTO

09:10 01.06.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Təbəssüm Yarat” komandası 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şabran rayonunun ucqar dağ kəndləri olan Gilvar və Zeyvə kəndlərində yaşayan məktəbliləri sevindirib.

Hafta.az yazır ki, komanda artıq 9 ildir Azərbaycanın ucqar dağ kəndlərində yaşayan uşaqların təhsilinə dəstək olmaq məqsədilə onlara geyim, məktəb çantaları, məktəbli ləvazimatları, ayaqqabılar, idman alətləri və müxtəlif hədiyyələr təqdim edərək üzlərində təbəssüm yaratmağa çalışır.

“Növbəti xeyirxah təşəbbüsümüz Gilvar və Zeyvə kəndlərində həyata keçirildi. Aksiya çərçivəsində 100-ə yaxın məktəbliyə məktəb çantaları, məktəb ləvazimatları, ayaqqabılar, idman alətləri və müxtəlif hədiyyələr təqdim olundu”, - “Təbəssüm Yarat” komandasından bildirilib.

Komanda bu təşəbbüsün həyata keçirilməsində əməyi keçən bütün yardımsevər insanlara dərin minnətdarlığını bildirib, daha çox uşağın üzündə təbəssüm yaratmağa davam edəcəklərini qeyd edib.