Təbriz-Bakı reyslərinin sayı ARTACAQ

06:52 18.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın günlərdə Təbriz-Bakı aviareyslərinin sayı artacaq.

Hafta.az "Azad İran"a istinadən xəbər verir ki, bu barədə İranın Şərqi Azərbaycan Vilayətinin Hava Limanları Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, sentyabrın 3-dən daha bir aviaşirkət Təbriz-Bakı reyslərini yerinə yetirməyə başlayacaq. Bu uçuşlar həftənin bazar və çərşənbə günləri Təbriz Beynəlxalq Hava Limanından həyata keçiriləcək.

Xatırladaq ki, hazırda Azərbaycan Hava Yolları (AZAL) müvafiq istiqamətdə uçuşlar həyata keçirir.