Təcrübə üçün hər gün 4 LİTR SU İÇDİ VƏ...

12:52 13.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Britaniyalı jurnalist Stefani Houp bir neçə həftəyə qədər gün ərzində bir-iki stəkan su içirdi. Lakin bu qədər su qəbulunun normadan 10 dəfə az olduğunu düşünən jurnalist xanım hər gün 4 litr su içməyin onda hansı dəyişikliklərə səbəb olacağını araşdırmaq qərarına gəlib.

Hafta.az xəbər verir ki, təcrübənin ilk günü tez-tez su içməyi unudan qadın sonradan telefonuna xəbərdarlıq siqnalı yerləşdirir. İlk 5 gün ərzində oqanizmdə elə bir ciddi dəyişiklik baş vermir.

Lakin 6-cı gündən başlayaraq hər gün 4 litr su qəbul etmək özünün təsirini göstərməyə başlayır. Jurnalist bildirir ki, tədricən bədəni eenerjili olub, üzündəki sızanaqlar isə yoxa çıxmağa başlayıb. Həmçinin yuxusu da normallaşıb. Həzm sistemi də norallaşıb.

Stefaninin sözlərinə görə, üç həftəlik təcrübədən sonra həyatı tamamilə dəyişib. İndi gün ərzində 4 yox 2 litr su qəbul edir.

 

Oxunma sayı 4819