ABŞ-dakı Hinda və Artur Markus Yaşlanma Tədqiqatları İnstitutunun alimləri müəyyən ediblər ki, yaxşı yuxunun açarı gecələr yataq otağının temperaturunu 20-25°C arasında saxlamaqdır. Tədqiqatın nəticələri Journal Science of the Total Environment (JSTE) jurnalında dərc olunub.
Məhz bu temperatur intervalında yuxu ən təsirli və sakit olacaqdır. Temperatur daha yüksək və ya aşağı olarsa, yuxunun keyfiyyəti azalacaq. Tədqiqatda yaşı 65 və daha yuxarı olan 50 nəfər iştirak edib. Onlar bir il yarım ərzində yuxu izləyiciləri taxıblar və həmçinin yuxu keyfiyyəti gündəliyini doldurublar. Elm adamları iştirakçıların yataq otaqlarında temperaturla bağlı da məlumat əldə ediblər.
Ən rahat temperatur 20-25 ° C, yuxu isə 20 ° C-də ən uzun idi. Komanda gecə temperaturu 30°C-ə yüksəldikdə yuxu keyfiyyətində 5-10% azalma aşkar edib və bu halda yuxu ən narahat olub.