Təhsil naziri Lənkəranda vətəndaşları qəbul edib

14:36 26.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 26-da təhsil naziri Emin Əmrullayev Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinlər, eləcə də qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda vətəndaşlar əsasən müəllimlərin işə qəbulu və yerdəyişməsi, işə bərpa olunma, dərs saatlarının artırılması, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.

Emin Əmrullayev qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.