Təhsilin İnkişafı Fonduna sədr təyin edilib

16:15 12.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinə sədr təyin edilib.

Hafta.az-ın məlumatına görə bununla bağlı təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Təhsil nazirinin müşaviri Elnur Nəsibov Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri təyin edilib.

Qeyd edək ki, ölkə prezidenti İlham Əliyev 2021-ci il iyulun 14-də "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun yaradılması haqqında" Fərman imzalayıb.