Təkər təmiri sexində yanğın olub

09:00 01.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 14 m² olan təkər təmiri sexinin yanar konstruksiyaları, içərisində olan təkərlər, bitişik ümumi sahəsi 9 m² olan digər təkər təmiri sexinin dam örtüyü 2 m² sahədə və bitişik ümumi sahəsi 11 m² olan obyektin taxtadan ibarət tavanı 11 m² sahədə yanıb.

Hafta.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Obyektin və sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.