“TEKNOFEST” festivalı başladı - VİDEO

11:22 26.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

4 gün davam edəcək “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı başlayıb.

Hafta.az xəbər verir ki, festivalın açılışı musiqi proqramları ilə başlayıb.

Festivalda rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin Texnoloji Takımının İdarə Heyətinin sədri Selçuk Bayraktar, Türkiyənin sənaye və texnoloji naziri Mustafa Varank iştirak edirlər. 

Gün ərzində festival iştirakçılarına müxtəlif aviaşoular, robot şou, külək tunelində şoular nümayiş olunacaq.