Tennis topuna benzin töküb balaca oğlanın üzünü yandırdı - QORXUNC OLAY

16:39 28.04.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Konnektikut ştatında yaşayan 6 yaşlı Dominik Krankall qan donduran hücuma məruz qalıb. Üstəlik, hücumu özündən cəmi 2 yaş böyük olan başqa bir oğlan həyata keçirib.

Hafta.az NBC New York-a istinadla xəbər verir ki, 6 yaşlı Dominik Krankall öz həyətində oynayarkən başqa 8 yaşlı uşaq tərəfindən hücuma məruz qalıb.

İddiaya görə, daha əvvəl Dominiki zorakılığa məruz qoyduğu bildirilən 8 yaşlı uşaq tennis topunu benzinlə yandırıb və Dominikin üzünə atıb.

Hadisənin şahidi olan Dominikin bacısı Kayla Diqan "Qardaşım pilləkənlərdən enən kimi zorba oğlan onu çağırıb küncə çəkdi. Bir neçə saniyə sonra qışqıra-qışqıra qaçarkən onun yandığını seyr etdi" deyib.

"Ana, məni yandırdılar" deyə fəryad edən Dominik ailəsi tərəfindən xəstəxanaya aparılıb. Uşaq Bridgeport Xəstəxanasında müalicə olunur, həkimlər onun üzündə və ayaqlarında ikinci və üçüncü dərəcəli yanıqlar olduğunu bildiriblər.

Hücum edənin və ailəsinin adları gizli saxlanılsa da, istintaq davam edir.

Ailə üzvləri Dominikin xəstəxana çarpayısında fotosunu paylaşıblar. Uşağın üzünün şişdiyi, bədəninin sarğı ilə sarıldığı görülüb.

Dominikin anası Maria Rua oğlunun qəsdən yandırıldığını bildirərək, hücumçunun daha əvvəl də oğlunu yaraladığını iddia edib.

Ailə uşağın sağalmasına kömək etmək üçün GoFundMe kampaniyasına başlayıb və indiyədək onlar 162 min dollar ianə alıblar.