Tibb Universitetində 10 qrup distant təhsilə keçib

17:51 28.10.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Tibb Universitetində daha 5 qrup distant təhsilə keçib.

Bu barədə Universitetin mətbuat xidmətinin rəhbəri Günel Aslanova hafta.az-ın sorğusuna cavab olaraq bildirib:

"Daha əvvəl 5 qrup da distant təhsilə keçmişdi. Hazırda koronavirus aşkarlandığı üçün ümumilikdə 10 qrup distant təhsilə keçib".