Yazını böyüt
Yazını kiçilt
Daxili İşlər Nazirliyi xəstəxanaya yerləşdirilən Tofiq Yaqublu ilə bağlı açıqlama yayıb.
DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bu gün həkim Adil Qeybulla DİN-in İnzibati Həbs Olunanların Saxlanılma Mərkəzinə gedərək Tofiq Yaqublu ilə görüşüb. Həkimin məsləhəti ilə T.Yaqublu ətraflı müayinə olunması üçün xəstəxanaya köçürülüb. Tibbi müayinənin nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək.