Torpaq baha olduğundan Moskvada ancaq 30 qatdan hündür binalar tikilir

11:15 03.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moskvada torpağın qiymətinin qalxması göydələnlərin sayının artmasına səbəb olub. Layihələrin gəlirliliyini artırmaq istəyən investorlar çoxmərtəbəli binalara üz tutub.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, son beş ildə Rusiya paytaxtında 30 və daha çox mərtəbəli binaların nisbəti iki dəfə artıb. Beləliklə, ümumi binalarda göydələnlərin payı 40 faizə yaxınlaşıb. 30 və daha çox mərtəbəli binaların nisbəti isə son bir ildə 6 faiz, 2019-cu ildən isə 19 faiz artıb. Beləliklə, bu gün Moskvada tikilmiş yaşayış evlərinin 24,3 faizi, yəni 255-i 30 mərtəbədən yuxarıdır.

Digər tərəfdən, 2019-cu ildən etibarən 6-13 mərtəbəli binaların nisbəti 20 faizdən 12 faizə, 14-29 mərtəbəli binaların nisbəti isə 55 faizdən 45 faizə enib.