Tortun üzərinə müharibə əleyhinə çağırış yazdı. cərimələndi

09:15 03.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyada şirniyyatçı hazırladığı tortların üzərinə “müharibə əleyhinə yazılar” yazdığına görə inzibati cəzaya məhkum edilib.

Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatında yer alan xəbərə əsasən Moskvada hazırladığı qənnadı məmulatlarını sataraq dolanışığını təmin edən Anastasiya Çernışeva adlı gənc qadın sosial şəbəkədə müharibə əleyhinə yazılarla tortlarının fotolarını paylaşıb.

Ölkədə “xarici agent” elan edilən “OVD-İnfo” hüquq müdafiə təşkilatının verdiyi açıqlamada Çernışevanın 35 min rubl məbləğində cərimə olunduğu bildirilir. Bildirilib ki, polis bölməsinə aparılan gənc qız inzibati cərimə cəzasına məhkum edilərək sərbəst buraxılıb.