“Toshiba” 5 min işçisini ixtisar edəcək

09:34 18.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yaponiyanın elektronika istehsalçısı “Toshiba” 5 min işçisini ixtisar edəcək ki, bu da şirkətin ölkədəki işçilərin 7 faizini təşkil edir.

Hafta.az-ın “Kyodo” Agentliyinə istinadən yazdığına görə, “Toshiba” restrukturizasiya yolu ilə kadrların sayını azaltmağı planlaşdırır. Şirkət bu yolla öz kapital resurslarını infrastruktur, enerji və rəqəmsallaşma kimi inkişaf sahələrinə yönəltmək istəyir.

Yaponiya şirkəti may ayının əvvəlində hər bir biznes bölməsində neçə vəzifənin ixtisar ediləcəyini müəyyən etmək üçün həmkarlar ittifaqı ilə danışıqlara başlayacaq.

Əmək müqaviləsinə xitam veriləcək kadrların əksəriyyəti administrasiya və arxa ofis işçiləri olacaq və “könüllü təqaüdə çıxmaq” təkliflərinə üstünlük veriləcək.

2023-cü ilin mart ayına olan məlumata görə, şirkətin ölkədə təxminən 67 min işçisi var. İşdən çıxarılanlar ümumi işçilərin sayının 7 faizini təşkil edir.

“Toshiba”, şirkətlərinin zəif performansına görə 2023-cü ilin dekabrında başa çatan 9 aylıq dövrdə 107 milyard yen (691 milyon dollar) zərərə uğrayıb.

Oxunma sayı 28