“Trabzonspor” Türkiyə Kubokunun qalibi oldu

23:59 22.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Türkiyə Kuboku uğrunda final oyunu keçirilib.

Hafta.az bildirir ki, finalda “Trabzonspor” və “Konyaspor” komandaları qarşılaşıb.

Oyun “Trabzonspor”un qələbəsi ilə yekunlaşıb - 2:1. Qolları Pol Onuaçu (“Trabzonspor”, 18, 79 - pen), və Cekson Muleka (“Konyaspor”, 50) vurub.

Bununla “Trabzonspor” kubokda 10-cu dəfə qalib gəlib.