Tramp BRICS ölkələrini hədələdi - İQTİSADİ MÜHARİBƏ!

12:05 07.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp BRICS-in siyasətini dəstəkləyən dövlətlərə qarşı əlavə ticarət rüsumlarının tətbiq olunacağını bəyan edib.

Hafta.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" şəbəkəsində yazıb. Onun sözlərinə görə, BRICS-in anti-Amerika siyasətini dəstəkləyən istənilən ölkəyə 10 faizlik əlavə gömrük rüsumları tətbiq olunacaq.

"İstisnalar olmayacaq", - deyə prezident paylaşımında vurğulayıb.

Hazırda BRICS təşkilatının rəsmi üzvləri bunlardır: Rusiya, Çin, Braziliya, Hindistan, Cənubi Afrika Respublikası, Misir, İndoneziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya.

Təşkilatla tərəfdaşlıq edən digər ölkələr isə Belarus, Özbəkistan, Kuba, Boliviya, Vyetnam, Qazaxıstan, Malayziya, Nigeriya, Tayland və Uqandadır.