Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın keçmiş prezidenti Donald Tramp Konqresin Kapitoliyə hücumu araşdıran xüsusi komitəsinin qərarını şərh edərkən bildirib ki, demokratlar onun 2024-cü ildə keçiriləcək seçkilərdə iştirakına mane olmağa çalışırlar.
"Demokratik Təhqiqat Bürosu, DBI, mənim prezidentliyə namizədliyimi dayandırmağa çalışır, çünki onlar mənim qalib gələcəyimi bilirlər" deyib Tramp.
“Seçilməmiş, yüksək birtərəfli komitə tərəfindən irəli sürülən saxta ittihamlar artıq ikinci impiçment cəhdində mühakimə olunub. İnandırıcı şəkildə qalib gəldim”, - deyə eks-prezident bildirib.
Bundan əvvəl Konqresin xüsusi komitəsi Ədliyyə Departamentindən keçmiş amerikalı liderə qarşı qiyam, Konqresə mane olmaq və aldatmaq üçün sui-qəsddə ittiham irəli sürməyi xahiş etmişdi.