Tramp koronavirusa yoluxub

11:05 02.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ prezidenti Donald Tramp və xanımı Melanya Tramp yeni növ koronavirusa (COVİD-19) yoluxublar.

Hafta.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp öz "Twitter" səhifəsində yazıb.

ABŞ prezidenti bildirib:

"Bu gün axşam ABŞ-ın birinci xanımı və mən koronavirus testindən keçdik, nəticələr müsbət oldu. Biz dərhal karantinə və sağalma prosesinə başlayacağıq. Biz bundan birlikdə keçəcəyik!".