Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidenti Donald Tramp İranın növbəti ali liderinin təyin edilməsi prosesində iştirak etmək istədiyini bildirib.
Hafta.az-ın məlumatına görə, o, bu açıqlamanı "Axios"a verdiyi müsahibədə verib.
O, bildirib ki, Venesuelada etdiyi kimi, İranın növbəti liderinin seçilməsində şəxsən iştirak etməlidir.
Tramp döyüşlərdə öldürülən İranın Ali Lideri Əli Xameneinin oğlu Müctəba Xameneinin ən çox ehtimal olunan varis olduğunu qeyd etsə də, belə bir nəticəni qəbuledilməz hesab etdiyini açıq şəkildə bildirib. Tramp Xameneinin oğlunu "əhəmiyyətsiz bir fiqur" adlandırıb.
"Biz İrana harmoniya və sülh gətirəcək birini istəyirik", - Tramp deyib.