Trampdan İrana növbəti xəbərdarlıq

08:43 11.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Prezident Donald Tramp ABŞ-nin İrana qarşı hərbi hücumlarını Vəziyyət Otağından izləyib.

Hafta.az xəbər verir ki, bu barədə o, “Fox News”un müxbiri Trey Yinqstə müsahibəsində deyib.

Donald Tramp bildirib ki, bu gecə İran rəsmiləri ilə birbaşa danışıb və onlar bombalamağı dayandırmasını istəyiblər.

ABŞ Prezidenti əlavə edib ki, bombalama tezliklə dayandırılacaq, lakin əgər onlar razılaşmanı imzalamasalar, bombalamanı davam etdirəcək.

Tramp bunu dünya tarixində ən çox pozulan atəşkəs adlandırıb.