“Turan Tovuz” Hurtado ilə müqaviləni uzadıb

16:58 27.05.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Turan Tovuz” futbolçusu Hayderson Hurtado ilə müqaviləni uzadıb.

Hafta.az xəbər verir ki, kolumbiyalı müdafiəçi sosial şəbəkə hesabında bu barədə paylaşım edib.

Onun yeni sözləşməsi 2029-cu ilin yayına kimidir.

Qeyd edək ki, 2025-ci ildən “Turan Tovuz”da çıxış edən Hurtado başa çatan mövsümdə 32 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.