Dünya İqtisadi Forumu tərəfindən dərc edilən Səyahət və Turizmin İnkişafı İndeksi (TTDI) 2024-cü ilin ən yaxşı turizm iqtisadiyyatlarını müəyyən edib. Hesabata görə, hazırda ABŞ dünyanın ən güclü səyahət və turizm iqtisadiyyatına malikdir.
Hafta.az-ın yazdığına görə, 429 milli park ərazisi və 12 min mildən çox sahil xətti olan ABŞ təbii ehtiyatlara görə Avstraliya və Braziliyadan sonra üçüncü, turizm xidmətlərinə və infrastrukturuna görə 6-cı yerdədir.
ABŞ-ın geri qaldığı sahələrə qiymət rəqabəti (115-ci yer) və təhlükəsizlik (77-ci yer) daxildir.
Malayziya qiymət rəqabət qabiliyyətinə görə birinci, Sinqapur isə təhlükəsizlik üzrə birinci yerdədir.
Türkiyə hesabatda 29-cu yerdədir. 2021-ci ildəki əvvəlki hesabatda Yaponiya siyahının lideri idi.
Hesabatın ilk 10-luğunda ən yaxşı turizm iqtisadiyyatına malik ölkələr aşağıdakılardır:
1. ABŞ, 2. İspaniya, 3. Yaponiya, 4. Fransa, 5. Avstraliya, 6. Almaniya, 7. Böyük Britaniya, 8. Çin, 9. İtaliya, 10. İsveçrə.