İtalyan telekanalı Canale 5-də yayımlanan "Verissimo" verilişinin qonağı olan türkiyəli aktrisa Nəslihan Atagül bətnindəki uşağının cinsini açıqlayıb.
Hafta.az-ın yazdığına görə, “Sevgi İztirabı” və “Səfirin qızı” serialları ilə tanınan aktrisa bir müddət əvvəl həyatında böyük dəyişikliklərin baş verdiyini, həyat yoldaşı Kadir Doğulu ilə birlikdə olmaq şansının az olduğunu açıqlamışdı.
Ömrünün vacib və unudulmaz dövrünün necə keçməsi ilə bağlı sualları cavablandıran aktrisa bunları deyib: “Şükür Allaha, hər şey yaxşı gedir. Arzu edirəm ki, bir gün ana olmaq istəyən hər bir qadın bu gözəl hissi şəxsən yaşasın. Hazırda sakit, lakin həyəcanlı bir dövr keçirəm".
Nəslihan Atagül bildirib ki, mart ayında övladını qucaqlayacaq.
Aparıcı Nəslihandan ərinə hamiləlik xəbərini necə çatdırdığını soruşub. Ulduzun sözlərinə görə, əvvəlcə o, bunu özünəməxsus şəkildə etmək istəsə də, hər şey sadə şəkildə baş verib.
“Həyat yoldaşımın yanına gəlib dedim: Kadir, sənə vacib bir şey deməliyəm və ona hamilə olduğumu bildirdim. Sevincdən gülməyə başladıq və təxminən on beş dəqiqə güldük”, - o deyib.
Azarkeşlərin xahişi ilə verilişin aparıcısı və “Verissimo” komandası studiyada əyləşən tamaşaçılar üçün “gender party” təşkil edib. Bir neçə saniyədən sonra ekranda mavi yarpaqlı ağac bəzəyi peyda olub. Bu o deməkdir ki, ulduz cütlük oğlan gözləyir.