Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi (OİB) İdarə Heyətinin sədri Baran Çelik 2022-ci ili 30 milyard 995 milyon 808 min dollarlıq ixracatla tamamlayan avtomobil sənayesinin 2023-cü ildə 13 faiz artımla 35 milyard 4 milyon 230 min dollarlıq ixracatla bütün zamanların rekordunu qırdığını söyləyib.
Hafta.az-ın yazdığına görə, Çelik, "2018-ci ildə təxminən 32 milyard dollarlıq ən yüksək ixracat rəqəminə çatdıq. Təəssüf ki, pandemiya ilə bu rəqəmi aşa bilmədik. 2022-ci ildə 31 milyard dollar səviyyəsinə çatmışdıq. 2023-cü il, ixracatımızın ən yüksək olduğu ildir, rekordu yenidən qırdıq və 35 milyard dollarlıq əhəmiyyətli bir dəyərə çatdıq və Türkiyədə ən çox ixrac edən sektor olduq" deyib.
Avtomobil sənayesinin 2022-ci il istisna olmaqla, son 17 ildir ixrac lideri olduğunu xatırladan Baran Çelik, 2023-cü ildə ixracatda liderlik mövqeyini yenidən qazanacaqlarını bildirib.
Çelik avtomobil sənayesinin ənənəvi bazarının Avropa İttifaqı olduğunu deyib.
Çelik, sektorun bu il ixracatda sürətli başlanğıc etdiyini, yanvar ayında əvvəlki ilin eyni ayına görə 3 faiz artımla 2,8 milyard dollarlıq xarici satış əldə etdiyini bildirib.
2024-cü il üçün proqnoz hazırladıqlarını deyən Çelik sözlərini belə davam etdirib: "OİB idarə heyəti olaraq bu ilki ixracat hədəfini 39 milyard dollar olaraq təyin etdik. Bu, təkbaşına hədəf deyil. Çox böyük bir sapma, böyük bir müharibə, Allah eləməsin, pandemiya, fəlakət və sair qarşımıza çıxmazsa, Türkiyədə avtomobil sənayesi, təxminən 39 milyard dollarlıq ixracatla ili tamamlayacaq. Yanvar ayında açıqlanan 2,8 milyard dollarlıq ixracat rəqəmi də ixrac hədəfinə çata biləcəyini göstərir".
Yerli istehsalçıların Covid-19 epidemiyasından sonra ilk dəfə başqa bir ucqar bölgə olan Çində keçirilən sərgiyə qatıldığını xatırladan Çelik, "Bundan sonra orada təşkil etdiyimiz fəaliyyəti hər il artırmağı hədəfləyirik. Çin bizim üçün əhəmiyyətli rəqib və təhdid olsa da, bir çox məhsul qrupunda böyük bir bazar olduğundan biz bu ölkə bazarını potensial olaraq görürük. Bu baxımdan, heç bir əziyyət çəkmədən Avropa bölgəsinə əlavə edəcəyimiz yeni bazarlara intensiv şəkildə fokuslanırıq".