Türk müdafiə sənayesi iki yeni növ PUA istehsal etdi

10:28 28.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türk müdafiə sənayesi ESEN Sistem tərəfindən hazırlanan iki yeni pilotsuz uçuş aparatı (PUA) ilə qlobal arenada rəqabətə davamlı olmağı hədəfləyir. Yeni PUA-lar yüksək performansı və yerli mühəndislik imkanları ilə diqqət çəkir.

Hafta.az-ın yazdığına görə, ESEN Sistem tərəfindən hazırlanan yeni PUA-lar yerli mühəndislik və proqram imkanları sayəsində qlobal arenada rəqabətədavamlı olacaq.

11 illik texnoloji təcrübəyə malik ESEN Sistem tərəfindən hazırlanmış iki yeni PUA-nın uçuş sınaqları həyata keçirilib. ESEN baş direktoru Cem Uğur Türkiyənin pilotsuz uçuş aparatları ilə bağlı təklif etdiyi həllərlə dünyanın ən yaxşı ölkələrindən birinə çevrildiyini bildirib. Uğur Türkiyənin mövcud proqram təminatı və sistem mühəndisliyi imkanları ilə qısa müddətdə bu cür həllər istehsal edə bildiyini deyib.

Yeni İHA sistemləri arasında GÖKHUN adlı taktiki PUA öz sinfində ən çox yük daşıma qabiliyyəti və efir vaxtı ilə seçilir. Bu PUA gəmi və quru əməliyyatlarında iştirak edəcək. Sabit qanadlı, elektriklə işləyən mini PUA, öz sinfinin aparıcı hava vasitəsi olan “Puma”ya yerli alternativ olaraq seçilir.