Türkiyənin “Tekfen Holdinq” şirkəti və Rusiyadakı törəmə şirkəti “Rusfen” Rusiyanın “Harampurneftegaz” şirkətindən 9,95 milyard rubl (təxminən 112,5 milyon dollar) alınması üçün məhkəməyə müraciət edib.
Hafta.az-ın yazdığına görə, Rusiya mətbuatında yer alan xəbərlərdə deyilir ki, "Rusfen" 2022-ci ilin əvvəlində Harampurneftegaz ilə Kharampur Qaz Sahəsindən uzanan təbii qaz boru xəttinin tikintisi üçün müqavilə imzalayıb.
Təbii qaz kəmərinin 90 kilometrlik birinci hissəsi üçün 19,5 milyard rubl (311 milyon dollar) dəyərində olan layihənin tikintisinə 2020-ci il fevralın 1-də başlanması nəzərdə tutulurdu.
"Rosneft" və BP 51 faiz və 49 faiz payla Harampurneftegaz-a birgə sahibdir.
BP Ukrayna müharibəsindən sonra 2022-ci ildə şirkətdən çıxacağını açıqlayıb.