Türkiyə İsveçdən ekstradisiya ediləcək şəxslərin siyahısını genişləndirir - İsveç Radiosu

19:25 22.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyə hakimiyyəti İsveçdən ekstradisiya edilən şəxslərin siyahısını 33 nəfərdən 42 nəfərə qədər genişləndirib.

İsveç Radiosunun məlumatına görə, Türkiyə İsveçdən əvvəllər məlum olduğundan daha çox insanın ekstradisiyasını tələb edir. Onların aşkar əksəriyyəti Türkiyədə terrorçu sayılan təşkilatlara mənsub olmaqda ittiham olunur - deyə məlumatda bildirilir.

Radiostansiyanın məlumatına görə, siyahı 33 nəfərdən 42 nəfərə qədər genişləndirilib. Ehtimallara görə, 16 nəfər PKK, 12 nəfər FETÖ, 7 nəfər solçu qruplarla əlaqəlidir. KİV-in məlumatına görə, daha 7 nəfər qaçaqmalçılıq kimi müxtəlif cinayətlərdə ittiham olunur.

Türkiyənin terrorda ittiham etdiyi şəxslərin ekstradisiyası Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi üçün əsas şərtlərdən biridir.