Türkiyə BMT-də Rusiyanın əleyhinə çıxarsa... RUS POLİTOLOQDAN XƏBƏRDARLIQ

10:30 15.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt
“BMT-də Rusiyaya qarşı sanksiyaların təsdiqlənməsi ehtimalı çox azdır. Çünki qərar verəcək Təhlükəsizlik Şurasında Rusiyanın özü də var”.
Hafta.az-ın yazdığına görə, bu sözləri rusiyalı politoloq Qriqori Vovt deyib. O qeyd edib ki, BMT-də başlayacaq bu prosesdə Türkiyənin də Rusiya qarşı mümkün sanksiyalara qoşula biləcəyini ehtimal edir. Bu isə Ankaraya əlavə problemlər yarada bilər. 
Türkiyənin NATO-nun üzvü olduğunun unudulmamasını qeyd edən Q.Vovt bildirib ki, Türkiyə iqtisadi müstəvidə Rusiyadan çox asılıdır və belə bir tərəfdaşı itirmək onlar üçün son dərəcə zərərli olar. Bu halda Rusiyanın da zərər yaşayacağını bildirən Vovt, Türkiyənin daşımaçılıq sahəsində Moskva üçün vazkeçilməz önəm daşıdığını da vurğulayıb.