Türkiyə ən çox hansı ölkədən məhsul idxal edir?

09:42 01.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin yanvar ayında Türkiyənin ən çox məhsul idxal etdiyi ölkə Rusiya olub.

Hafta.az-ın Türkiyə Statistika Qurumunun məlumatına istinadən yazdığına görə, ötən ay Türkiyə Rusiyadan 4,32 milyard dollarlıq mal və xidmət alıb.

Bu reytinqdə Rusiyadan sonra Çin (2,89 milyard dollar), Almaniya (1,91 milyard dollar), ABŞ (1,4 milyard dollar) və İtaliya (1,18 milyard dollar) gəlir.

Bu beş ölkənin yanvar ayında Türkiyənin ümumi idxalında payı yüzdə 44,7 olub.

Türkiyənin ötən ay ən çox ixrac etdiyi ilk beş ölkə arasında Rusiya yer almayıb.

Oxunma sayı 172