Türkiyənin Əlcəzairdəki səfiri Məhəmməd Mücahid Küçükyılmaz sosial media hesabında Əlcəzair ictimaiyyətinə ərəbcə verdiyi videomesajı paylaşıb.
Hafta.az-ın yazdığına görə, Küçükyılmaz mesajında "Bu gün Əmir Əbdülqadir, Əl-Hac Əhməd Bəy, Malik bin Nəbi, Cəmilə Buhayrad, Rəşid Taha və bir çox ilham verən insanların məmləkəti Əlcəzairdə ilk vəzifə günümdür” deyə bildirib..
Türkiyə ilə Əlcəzair arasındakı sıx əlaqələrə işarə edən Küçükyılmaz, "Türkiyə və Əlcəzair iki dövlət, bir millətdir" deyib.
Səfir iki ölkə arasındakı ortaq tarixə də diqqət çəkərək, “Bizim gözəl ortaq tariximiz var. Biz birlikdə daha yaxşı ümumi gələcək qurmaq üçün çox çalışacağıq. Allahın salamı hidayətə tabe olanlara olsun”, - deyə mesajını yekunlaşdırıb.
Küçükyılmaz prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 16-da Əlcəzairə səfir təyin edilib və avqustun 28-də etimadnaməni Əlcəzairin xarici işlər naziri Əhməd Attafa təqdim edib.