Türkiyə klubunun yeni baş məşqçisi müəyyənləşib

18:09 02.12.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin “Rizəspor” komandasının yeni baş məşqçisi məlum olub.

Hafta.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Rəcəp Uçar gətirilib. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qara dəniz təmsilçisini son olaraq İlhan Palut çalışdırıb.

“Rizəspor” Superliqada 14 turdan sonra 14 xalla 12-ci pillədə qərarlaşıb.