Türkiyə mobil telefon danışıqlarında Avropada liderdir

11:15 15.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin (BTK) məlumatlarına görə, 2023-cü ilin son rübündə ölkədə mobil telefon abunəçilərinin sayı 92 milyon 230 minə çatıb.

Hafta.az-ın yazdığına görə, Türkiyədə əhalinin təxminən 10 faizi cib telefonuna abunədir. Bir abunəçi üçün danışıq müddəti təxminən 477 dəqiqədir. Bu, Avropa ölkələri arasında ən yüksək göstəricidir. Başqa sözlə, Türkiyə mobil telefon danışıqlarında Avropa lideridir.

Türkiyədə keçən ilin ilk rübündə cib telefonu ilə danışıq müddəti 77 milyard dəqiqə olub. İkinci rübdə bu rəqəm 80 milyard dəqiqəni keçib. Üçüncü rübdə bu, 83,7 milyard dəqiqəyə yüksəlib. Son rübdə danışıq müddəti 80 milyard dəqiqəyə qədər azalıb. 2023-cü ildə ümumi danışıq müddəti 321 milyard dəqiqə idi. Bu rəqəmlərə onlayn söhbətlər daxil deyil.

Türkiyə 2023-cü ilin dördüncü rübündə adambaşına 477 dəqiqə danışma ilə yenidən Avropa lideri olub. Türkiyə bu baxımdan 2012-ci ildən bəri liderliyini qoruyub saxlayır. Türkiyədən sonra 377 dəqiqə ilə Norveç, 322 dəqiqə ilə Xorvatiya gəlir.

Telekommunikasiya şirkətlərinin bir abunəçiyə düşən gəliri Avropada 17,21 avro olduğu halda, Türkiyədə bu rəqəm 4,26 avrodur.

Oxunma sayı 161