Türkiyə Müdafiə Nazirliyindən Dövlət bayrağı günü münasibətilə Azərbaycanı təbrik - VİDEO

12:22 09.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.

Hafta.az-ın məlumatına görə, təbrik Nazirliyin "Twitter" səhifəsində yer alıb.

Təbrikdə deyilir: "Qəhrəman Azərbaycan türkü qardaşlarımız! Bayraq gününüz mübarək olsun! Biz sizinlə qürur duyuruq və Ermənistan üzərindəki qələbənizi bir daha təbrik edirik. İnanırıq ki, şanlı ay-ulduzumuz yaxın zamanda Qarabağda da dalğalanacaq. Biz bir millət, iki dövlətik".