Türkiyə ordusu 7 terrorçunu məhv edib

09:55 26.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Silahlı Qüvvələri Suriyada 5 YPG, İraqda isə 2 PKK terrorçusunu zərərsizləşdirib.

Hafta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında "Fərat Qalxanı" əməliyyatı zonasında 5, İraqın şimalında "Pençe-Kilit" əməliyyatı zonasında isə 2 terrorçunu zərərsizləşdirib.

 

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü ildən minlərlə Türkiyə təhlükəsizlik qüvvələrinin əməkdaşı və mülki şəxs öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına salıb.

Oxunma sayı 193