Türkiyə səfirliyindən Xocalı paylaşımı

12:25 26.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”.

Hafta.az-ın xəbərinə görə, bu barədə Türkiyə səfirliyinin Xocalı faciəsinin 30-cu ildönümü ilə bağlı "Twitter" hesabındakı paylaşımında bildirilib.

“30 il əvvəl Azərbaycanın Xocalı şəhərinə erməni silahlı dəstələrinin hücumu nəticəsində şəhid olanların əziz xatirəsini hörmətlə yad edir, onlara Allahdan rəhmət diləyirik. Azərbaycanlı bacı-qardaşlarımızın Xocalıda qarşılaşdıqları ağrı-acını dərindən hiss edirik”, - paylaşımda deyilib.