Türkiyə sərhədlərində terror zonasının yaradılmasına icazə verməyəcək - Akar

17:25 02.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Türkiyə ordusu ölkə daxilində və xaricdə antiterror əməliyyatlarını davam etdirəcək və onun cənub sərhədləri yaxınlığında terrorçuların nəzarətində olan zonanın yaradılmasına imkan verməyəcək.

O, Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarının yeganə məqsədini milli hüquq və maraqların qorunması adlandırıb.

Akar, "Sərhədlərimizə yaxın terrorçuların nəzarətində olan zonanın yaradılmasına icazə verməyəcəyik" deyib.

O, Türkiyənin Suriyada yerləşən PKK qüvvələrinə qarşı quru əməliyyatı keçirmək planlarını şərh edib. Onun sözlərinə görə, əməliyyatlar lazımi vaxtda və lazımi yerdə aparılır və aparılacaq.

Akar qeyd edib ki, Türkiyə ordusunun Suriyanın şimalında həyata keçirdiyi "Pəncə-Qala" əməliyyatı nəticəsində aprel ayından bu yana 491 PKK terrorçusu məhv edilib. Bundan əlavə, Türkiyə ordusu Suriyada İslam Dövlətinin 4,5 minə yaxın terrorçusunu məhv edib.