Türkiyə Suriyada daha 6 terrorçunu məhv edib

13:16 04.09.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Suriyada daha 6 terrorçu məhv edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Suriyanın şimalında "Barış Pınar"ı bölgəsində terror aktı törətmək istəyən 6 PKK üzvünün yeri əvvəldən müəyyən edilib.

Türkiyə Silahlı Qüvvələri tərəfindən terrorçular məhv edilib.