Türkiyə uşaq və gənclər əhalisinə görə Avropada liderdir

11:50 12.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə uşaq və gənc əhalisinin ümumi əhaliyə nisbətinə görə Avropada liderdir.

Hafta.az-ın yazdığına görə, 2023-cü ilin yekunlarına əsasən Türkiyənin uşaq və gənc əhalisinin Avropa qitəsinin əhalisi ilə müqayisəli təhlili aparılıb.

Araşdırmaya əsasən, 2023-cü ilə qədər Türkiyənin uşaq əhalisinin sayı (0-17 yaş) 22 milyon 206 min 34 nəfərdir. Bu da ümumi əhaliyə nisbətdə 26 faiz deməkdir.

Aİ ölkələri ilə müqayisə etdikdə, 0-17 yaş arasında uşaq əhalinin sayı Almaniyada 13 milyon 912 min 699 nəfər, Fransada 13 milyon 425 min 200 nəfər, İtaliyada 8 milyon 891 min 96 nəfərdir.

Türkiyənin gənc əhalisinin sayı isə (15-24 yaş) 12 milyon 872 min 39 nəfər olub. Türkiyədə gənc əhalinin sayı ümumi əhaliyə nisbətdə 27 faizdir.

Aİ ölkələri ilə müqayisə edildikdə, Almaniyada 8 milyon 144 min 570 nəfər, Fransada 7 milyon 623 min 842 nəfər, İtaliyada 5 milyon 777 min 713 nəfər.

Bildirək ki, bütün Aİ ölkələrində ümumi gənc əhalinin sayı 47 milyon 549 min 168 nəfərdir.